Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Siqaret (fr. cigarette – kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə — uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10–25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər.
Siqaret kağızının əksəriyyəti zəyrəkdən hazırlanır. Onun tərkibinin 20–30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir.